Qonaq Kitabı
Könlüm istər vəslini, ey sevgi canan, yenlədən

 

Könlüm istər vəslini, ey sevgi canan, yenlədən,

Abi-ləlindən qılam bu dərdə dərman yenlədən.

 

Yüzünə şeytan kimi ta qılmadı zahid sücud,

Mütləqa kafərdir ol, gətürsün iman yenlədən.

 

Eşq gəldi könlümə, hökm etdi canım mülkinə,

Şükr kim, öz təxtinə uş gəldi sultan yenlədən.

 

Gəl vəfa rəsmin aradan sən götürmə, mən dəxi

Qılalı bir sidq ilən bir əhdü peyman yenlədən.

 

Zülf ilən xəttü ləbini kim ki, gördü söylədi:

- Xızr ilən zülmatə girmiş abi-heyvan yenlədən.

 

Mah rüxsarın görüb iqrarə gəldi müddəi,

Çün zühur oldu yüzündən nuri-rəhman yenlədən.

 

Qapuna gəldi gəda tək bu Xətayi xəstədil,

Sən ana qıl, ey sənəm, bir lütfü ehsan yenlədən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info