Qonaq Kitabı
Dilbəra, dərdi-fəraqın qoymadı cismimdə can

 

Dilbəra, dərdi-fəraqın qoymadı cismimdə can,

Anca axdı qanlu yaşım, qalmadı bağrımda qan.

 

Ta səri-zülfin sənin yüz üstə gördüm, ey pəri,

Sən məni sevdayə saldın, ey məhi-namehriban.

 

Kim sənin yüzündürür xurşidi-xavər nisbəti,

Qaşlarınlən gözlərindir fitneyi-axirzəman.

 

Dün demişsən kim, sana yüz göstərübən can alam,

Yüzüni göstərmədin aldın rəvanımdan rəvan.

 

Rumi ruyində Xətayi ta görübdür ruyi-həqq,

Cümleyi-aləm gözündə ruyi-həqqindir nişan.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info