Qonaq Kitabı
Avlaxda bu gün avlar ikən yarə yoluxdum

 

Avlaxda bu gün avlar ikən yarə yoluxdum,

Bir aydan arı gün kimi didarə yoluxdum.

 

Biçarə könül güzgüsü açıldı səfadən,

Hey-hey, nə əcəb ahuyi-tatarə yoluxdum.

 

Dün varmış idim bağçaya gül dərməgə, amma

Sundum əlimi bir gülə, səd xarə yoluxdum.

 

Çox mehrü vəfa umar idim yardən, amma

Bir cövri yüküş yari-cəfakarə yoluxdum.

 

Şah eşiginə səcdə qılıbdır bu Xətayi,

Bəhri-Nəcəfə irdim, şəhvarə yoluxdum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info