Qonaq Kitabı
Könül verdim, cəfasın bilməz idim

 

Könül verdim, cəfasın bilməz idim,

Bəli dedim, bəlasın bilməz idim.

 

Ləbinə can dedimsə, tökmə qanım,

Sorub səndən bəhasın bilməz idim.

 

Vüsalından doyunca almadım kam,

Anın ruzi-cəzasın bilməz idim.

 

Saçın pürçin dedim, bəndinə düşdüm,

Bu çin sözün xətasın bilməz idim.

 

Xətayi tələtin həqdən dilərdi,

Qəbul olmuş duasın, bilməz idim.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info