Qonaq Kitabı
Ey həbibim, sən təki ziba camalı sevmişəm

 

Ey həbibim, sən təki ziba camalı sevmişəm,

Əqli kamil, hüsnə bay bir doğru halı sevmişəm.

 

Sevmişəm bir lalə rüx, bir cadu gözlü dilbəri,

Heqqeyi-mərcan tək ağzı, xəttü xalı sevmişəm.

 

Yüzü gül-gül, zülfi sünbül, gözləri ceyran kimi,

Qaşları şol yayə bənzər ol hilalı sevmişəm.

 

Ləli-meygunun sənin bir məclis içrə dəmbədəm

Saqinin çəngində ol abi-zülalı sevmişəm.

 

Xeyli dəmdir ki, Xətayi yarının vəsfin yazar,

Birinə min dürr anın didarı, xalı sevmişəm.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info