Qonaq Kitabı
Hüsnini mən Yusifi-Kənanə nisbət qılmışam

 

Hüsnini mən Yusifi-Kənanə nisbət qılmışam,

Qılmışam nisbət, vəli şahanə nisbət qılmışam.

 

Canımı tərh etmişəm yolunda, ey arami-can,

Könlüm içində xəyalın canə nisbət qılmışam.

 

Dişlərin incu, ləbin mərcandır, ey bəhri-kərəm,

Həlqeyi-dövri-dəhanın kanə nisbət qılmışam.

 

Ey şəhi-xubani-aləm, bağ içində mən sənin

Boyunu sərvə, saçın reyhanə nisbət qılmışam.

 

Bu Xətayi bir qulundur asitanında sənin,

Mürvət eylə, mən səni sultanə nisbət qılmışam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info