Qonaq Kitabı
Ey gül yanağlu, qəddinə sərvi-rəvan derəm

 

Ey gül yanağlu, qəddinə sərvi-rəvan derəm,

Eşqin yolunda canımı versəm rəvan derəm.

 

Dil ahusin seyd etməgə peyvəstə, ey pəri,

Kirpiklərin oxuna qaşını kaman derəm.

 

Bir zərrəcə cəmalını ərz eyləsən mana,

Canü cəhani mən sana həm tərcüman derəm.

 

Qəddin qiyamə gəlsə, qiyamət nişanıdır,

Fəttan gözünə fitneyi-axirzəman derəm.

 

Sorsa, Xətayi, kimdir eşigimdə ol pəri,

Bir binəvayi-xəstədilü natəvan derəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info