Qonaq Kitabı
Mən səni candan sevirəm, ey dilaramım mənim

 

Mən səni candan sevirəm, ey dilaramım mənim,

Ol səbəbdən zarü giryan keçdi əyyamım mənim.

 

Gecəm ilən gündüzüm fərq edə bilmən, ey sənəm,

Ruy ilən zülfin olubdur sübh ilən şamım mənim.

 

Ruzü şəb bülbül təki fəryadü zaridir imiş,

Ta yüzündən ayru düşdüm, ey güləndamım mənim.

 

Munca kim, cövrü cəfa çəkdim, mana yar olmadı,

Ol sənəmsiz bilmənəm nolur sərəncamım mənim.

 

Bu Xətayi dünyada hüşyar olmaz bir zaman,

Ta kim, ol peymaneyi-ləlindürür camım mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info