Qonaq Kitabı
Ol pəri peykər sənəm cismimdə canımdır mənim

 

Ol pəri peykər sənəm cismimdə canımdır mənim.

Getməsün könlümdən ol, ruhi-rəvanımdır mənim,

 

Sorsam ağzın zərrəmi, ya ğönçəmidir, ya dəhan,

Bu sözüm, yoxsa xəyalım, ya gümanımdır mənim?

 

Görəli ahu gözün eşq ilə Məcnun olmuşam,

Ol səbəbdən kuhü səhra xanümanımdır mənim.

 

Sərvə bənzətdin boyunu, ey rəqibi-kəcnəzər,

Necə dersən sərv anı, ömri-cəvanımdır mənim.

 

Zülfini müşk oxudum, aydır ki, əbsəm, söyləmə,

Müşk dəxi bir türabi-asitanımdır mənim.

 

Gözmidir, ya çeşmi-ahu, yoxsa nərgis, məstdir?

Yüzmidir ol, yoxsa mahi-asimanımdır mənim?

 

Sordular kim, ey Xətayi, necə sevdin yarı sən?

Dedi: – Yoxdur ixtiyarım, qilsitanımdır mənim.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info