Qonaq Kitabı
Əzəldən eşq ilə divanə gəldim

 

Əzəldən eşq ilə divanə gəldim,

Yerim meyxanədir, məstanə gəldim.

 

Hezaran dona girdim mən, dolandım,

Bu gün xəsm ilə mən meydanə gəldim.

 

İmamımdır mənim ol şahi-mərdan,

Bu gün nəsli-Əli divanə gəldim.

 

İmam eşqinə çalaram qılıcı,

Münafiq qırmağa mərdanə gəldim.

 

Mənəm bunda Xətayi Heydər oğlu,

Çü İsmail kimi qurbanə gəldim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info