Qonaq Kitabı
Mənəm ki, bu zəmanə şimdi gəldim

 

Mənəm ki, bu zəmanə şimdi gəldim,

Rəvan oldum rəvanə şimdi gəldim.

 

Aşiqəm məstü heyran şahə çün mən,

Mühübbəm xanədanə şimdi gəldim.

 

Şaha müştaq idim ğayətdə, billah,

Şükr kim, asitanə şimdi gəldim.

 

Yezidü müşrikin kökün kəsərəm,

Çırağəm yanə-yanə şimdi gəldim.

 

Əzəldən gəlmişəm şah əmri ilən,

Sağınmagil, cahanə şimdi gəldim.

 

Mühübbəm on iki şahə əzəldən,

Vəleykin bu dükanə şimdi gəldim.

 

Süleyman xatəmi, Musa əsası,

Aləmə Nuh tufanə şimdi gəldim.

 

Məhəmməd möcüzi, şah Zülfüqarı

Əlimdədir, nişanə şimdi gəldim.

 

Xəvaric əhlini qoyman cəhanə,

Xətayiyəm, cəhanə şimdi gəldim.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info