Qonaq Kitabı
Ey can, mən cəmalını gördükcə can derəm

 

Ey can, mən cəmalını gördükcə can derəm,

Görsət kim, ol cəmalını görsəm, rəvan derəm.

 

Bir şəmmə gər gətirsə səba buyi-zülfi-yar,

Başilə əqlü canü könül tərcüman derəm.

 

Vəqti-əcəl gəlirsə mələk can içün mana,

Yüzüni görmədin ana canım xaçan derəm.

 

Hər kim ki, gün yüzün xəbərini gətirsə, yar,

Mən ana müfdə yerü gögü asiman derəm.

 

Dedi Xətayi dilbərə: – Lütfin nədir mana?

Dedi: – Yüzümdə aşiqə min gülüstan derəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info