Qonaq Kitabı
Dünyəvü üqbadə sən tək yari-ğəmxar istərəm

 

Dünyəvü üqbadə sən tək yari-ğəmxar istərəm,

Xəlq edər divarə səcdə, bəndə didar istərəm.

 

Tuti tək təlx oldu ağzım, istərəm şəkkər ləbin,

Bülbüli-sərgəştəyəm, hər gündə gülzar istərəm.

 

Hər vəfasız dilbərə vermən könül, ey dilrüba,

Bir sənin tək dilbəri yari-vəfadar istərəm.

 

Çün sən ey dərdə təbibim, etməsən dərmanımı,

Bu vücudi-zarimi hər gündə bimar istərəm.

 

Bu Xətayi bəndə ol qaşın quluyam sidq ilən,

Qılmışam bir qatla iqrari, nə inkar istərəm.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info