Qonaq Kitabı
Ta ki, gördüm mən cəmalın, ey pərivəş dilbərim

 

Ta ki, gördüm mən cəmalın, ey pərivəş dilbərim,

Mənzəri-xurşid tək yaş ilə doldu gözlərim.

 

Bülbüli-zarəm yüzündən ayru, taqət qılmazam

Kim, yüzündür bu cahan bağında vərdi-əhmərim.

 

Mən dəxi yad eyləmən dünyavü cənnət bağını,

Ləblərin ta kim, olubdur məşki-abi-kövsərim.

 

Şərbəti-hicrinlə qılma, dilbəra, ağzımnı təlx,

Tutiyəm, ləlindürür qəndü nəbatü şəkkərim.

 

Neçə gündür ki, Xətayi asitanın yastanur,

Sormadın bir gün ki, xanı ol ğulami-kəmtərim?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info