Qonaq Kitabı
Ey cəmalında sənin nuri-ilahidir tamam

 

Ey cəmalında sənin nuri-ilahidir tamam,

Ol sifatin zikridir fikrim həmişə sübhü şam.

 

Ol şəhənşahi-cəhansan kim, qul olub qapuna,

Qənbərinin xidmətiçün Qeysərü Cəmdir ğulam.

 

Hələtadə həq sana çün saqiyi-mütləq dedi,

Abi-kövsərdən sənin dəstindədir yaqut cam.

 

Ol Əlisən kim, xamu peyğəmbərə sənsən şəfi,

Cümlə bu ümmid ilən qapuna gəlür xasü am.

 

Çün sənin övsafinə yetməz Xətayinin sözü,

Uş bu əbyat üstə xətm oldu kəlamım, vəssəlam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info