Qonaq Kitabı
Adım İsmayıl ibni Heydəriyəm

 

Adım İsmayıl ibni Heydəriyəm,

Əlinin çakərinin çakəriyəm.

 

Hüseyni məzhəbəm mən din içində,

Məvali olanın mən rəhbəriyəm.

 

Mənim ğazilərümə hörmət eylən,

Könül evində onların biriyəm.

 

Məni onlardan ayru sanmanız siz,

Vəleykin onların mən sərvəriyəm.

 

Mənəm həm pirü həm sultani-aləm,

Xətayiyəm, şahın bir kəmtəriyəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info