Qonaq Kitabı
Vüsalından sənin dur oldu könlüm

 

Vüsalından sənin dur oldu könlüm,

Qəti bizarü bizur oldu könlüm.

 

Dili-viranimə ta gəldi eşqin,

Sanasan beyti-məmur oldu könlüm.

 

Cəmalın ta ki, gördüm, ey pəriru,

Yüzün şövqilə pürnur oldu könlüm.

 

Cəfavü möhnətin ta gəldi canə,

Bəlalərdən qamu dur oldu könlüm.

 

Gözündən çün irağ oldu Xətayi,

Qəti bimarü rəncur oldu könlüm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info