Qonaq Kitabı
Cəmalın gülşəniçün mürği-zarəm

 

Cəmalın gülşəniçün mürği-zarəm,

Nədən kim, həsrəti-ol mərğizarəm.

 

Bu mənidən həlak olman ğəmindən,

Vüsalından sənin ümmidvarəm.

 

Cəmalın vərdini gülşəndə gördüm,

Fəraqından saçın tək biqərarəm.

 

Yüzüni görməgə can vermədim çün,

Bu işimdən beğayət şərmsarəm.

 

Xətayi ömri xətm oldu, hənuz, ah,

Cəmalın görmək içün intizarəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info