Qonaq Kitabı
Sənmisən yanımda, cana, yoxsa xabımdır mənim

 

Sənmisən yanımda, cana, yoxsa xabımdır mənim

Kim, fələkdən yerə enmiş mahtabımdır mənim?

 

Eşigində dəmbədəm baran degildir su səpən,

Çeşmeyi-dildən çıxan çeşmi-pürabımdır mənim.

 

Ey rəqiba, orta yerdə hər dəm olmagil hica,

Hüsni anın dünyədə bir afitabımdır mənim.

 

Sanmanız kim, kəştidir dəryalər üzrə seyr edən,

Gözlərim yaşında bu cismi-hübabımdır mənim.

 

Etdim: – Ey dilbər, Xətayiyə cəfalər qılma çox.

Dedi kim, ğəm çəkməgil, nazü itabımdır mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info