Qonaq Kitabı
Ey pəri, şirin ləbin eşqində Fərhad olmuşam

 

Ey pəri, şirin ləbin eşqində Fərhad olmuşam,

Ta sana qul olmuşam, aləmdə azad olmuşam.

 

Ta ki, səndən ayru düşdüm, ey dilaramım mənim,

Dəmbədəm dər naləvü əfğanü fəryad olmuşam.

 

Gərçi ğəmginəm ğəmi-hicrində, ey arami-can,

Ta səni gördü gözüm, ğəmgin ikən şad olmuşam.

 

Ey sənəm, bu möhnəti-hicrü fəraqindən sənin

Gər xərab idim, vəli vəslindən abad olmuşam.

 

Ta səni gördü Xətayi, bilməz özün xandadır,

Ta sana mən aşina boldum, özüm yad olmuşam.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info