Qonaq Kitabı
Ol pəri eşqinə mən candangiriftar olmuşam

 

Ol pəri eşqinə mən candangiriftar olmuşam

Kim, fəraqü möhnətindən ruzi şəb zar olmuşam.

 

Ta ki düşdüm ol nigarın məh yüzü hicranına,

Dərd ilən səyyarə tək hər gecə bidar olmuşam,

 

Ta ki, gülzari-cəmalından cüdayəm, ey sənəm,

Hər zaman bülbül təki dər eşqi-gülzar olmuşam.

 

Çünki eşqin gəncini könlümdə pünhan eylədim,

Ruzü şəb ol gəncə mən hər dəm nigəhdar olmuşam.

 

Ta səni gördü rəqib ilən Xətayi xəstədil,

Dəmbədəm yanır vücudim, sərbəsər nar olmuşam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info