Qonaq Kitabı
Ta məni ayırdı dövran sevgi yarımdan mənim

 

Ta məni ayırdı dövran sevgi yarımdan mənim,

İncidi gögdə məlayik ahü zarımdan mənim.

 

Surətin gördüm, nigara, valehü sevdayimən,

Firqətin dövr eylədi səbrü qərarımdan mənim.

 

Ey pəri peykər, səni andan bəri kim, görmüşəm,

Hüsnin ayırdı qərarü ixtiyarımdan mənim.

 

Həsrətəm Yəqub tək Yusif yüzünə, ey səba,

Tanrı içün xəbər algil nigarımdan mənim.

 

Ey Xətayi, hər tükün titrər xəzan yaprağı tək,

Ta məni dur etdi dövran növbaharımdan mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info