Qonaq Kitabı
Batinim hicrində, cana dopdolu qandır mənim

 

Batinim hicrində, cana dopdolu qandır mənim,

El yüzinə zahirim gül kimi xəndandır mənim.

 

Zəhri-hicrin ləşkərindən kişvəri-canə nə ğəm,

Çün xəyalın könlümün təxtində sultandır mənim.

 

Bülbüli-zarəm, yüzün bağü gülüstanımdurur,

Ol gülüstan üstünə zülfün şəbistandır mənim.

 

Çeşmi-məstin gecələr neyçün oyanmaz xabdən?

Kim, işim hər sübhü şam ah ilə əfğandır mənim.

 

Bu Xətayiyə rəqibin fitnəsi kar eyləməz,

Daima çün dəstgirim fəzli-sübhandır mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info