Qonaq Kitabı
Çıxmadı eşqin sənin bir ləhzə canımdan mənim

 

Çıxmadı eşqin sənin bir ləhzə canımdan mənim,

Mehri-yüzin yegdürür ruhi-rəvanımdan mənim.

 

Gül yüzini yad edəndə, ey pərirüx, qönçə ləb,

Od çıxar susən təki hər dəm zəbanımdan mənim.

 

Əksi-sayəndir vücudim, ey boyu sərvi-rəvan,

Getməsün sayən sənin bir ləhzə yanımdan mənim.

 

Pərtövi-xurşidi-ruyini görəndə zərrə tək,

Bulmaya heç kimsənə namü nişanımdan mənim.

 

Firqəti qəsd etmədin miskin Xətayi xəstəyə

Bir xəbər ver, ey səba, ol gülüstanımdan mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info