Qonaq Kitabı
Ol pəri kim, çeşmi saqi, ləli camımdır mənim

 

Ol pəri kim, çeşmi saqi, ləli camımdır mənim,

Qaşı mehrabım, yüzü beytül-həramımdır mənim.

 

Dilbərin vəslindən ayru istəmən hər sübhü şam,

Yüzü sübhümdür, vəleykin zülfi şamımdır mənim.

 

Ol pəri peykər neçük canım quşun bənd etməsün?

Danədir xali, pərişan zülfi damımdır mənim.

 

Valehəm bir qəddi tuba, ləli kövsər yarə kim,

Asitanı rövzeyi-darüssəlamımdır mənim.

 

Bu Xətayinin sözünə münkir olma, zahida,

Bir pərinin hüsni vəsfində kəlamımdır mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info