Qonaq Kitabı
Ol pəri rəna gedən sərvi-rəvanımdır mənim

 

Ol pəri rəna gedən sərvi-rəvanımdır mənim,

Sayə sanma sürünən yanınca, canımdır mənim.

 

Bülbüli-zarəm ki, hüsnin gülşənidir məskənim,

Həlqeyi-zülfin şikənci aşiyanımdır mənim.

 

Mu təki belin xəyalı incə fikrimdir müdam,

Zərrəcə ağzın sözü razi-nihanımdır mənim.

 

Mən nola kövkəb kimi hər şəb ğəmindən ölməyim,

Çün cəmalın gögdə mahi-asimanımdır mənim.

 

Dedim: – Ey dilbər, Xətayi kimdürür kuyində zar?

Dedi: – Bir heyranü valeh natəvanımdır mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info