Qonaq Kitabı
Ey pəri, hüsnin sənin mahi-münəvvər görmüşəm

 

Ey pəri, hüsnin sənin mahi-münəvvər görmüşəm.

Ol yüz üstə əbr tək zülfin müənbər görmüşəm.

 

Gərçi məhşər bir olur əhli-cəhanə, ey sənəm,

Firqətinin hər günün mən ruzi-məhşər görmüşəm.

 

Bəs ki, bülbül tək cəhanda eşq ilən fəryad edim,

Arizin baği gülin çün vərdi-əhmər görmüşəm.

 

Bəs mənim mülki-cəhanda taleyim firuz ola,

Ta sənin yüzün kimi bir sədi-əkbər görmüşəm.

 

Bu Xətayinin məqami asitanındır müdam,

Çün səni şahi-kərəm, özümni Qənbər görmüşəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info