Qonaq Kitabı
Xeyli dəmdir, ey pəri, ol məh camalın görməzəm

 

Xeyli dəmdir, ey pəri, ol məh camalın görməzəm,

Dünyada bir dəxi misli-xəttü xalın görməzəm.

 

Hər zaman dersən mana kim, xatirin qılma məlul,

Necə olum şadman kim, cüz məlalın görməzəm.

 

Xeyli müddətdir cahanda firqətinlə həmdəməm,

Hicr ilən ömrüm tükəndi, heç vüsalın görməzəm.

 

Gözümü qan etdi hicran, vəsli-ruyin görmədim,

Qamətim xəm qıldı ğəm, qəddi-şümalın görməzəm.

 

Dil müşəvvəşdir Xətayi, ey səadət kövkəbi,

Ta sənin ol tələti-fərxəndə falın görməzəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info