Qonaq Kitabı
Dil sana heyran olubdur, ta cəmalın görmüşəm

 

Dil sana heyran olubdur, ta cəmalın görmüşəm,

Ta göz açıb ol rüxi-fərxəndə falın görmüşəm.

 

Ruzü şəb dünya içində məstü heyranəm müdam,

Gecələr uyxu içində ta xəyalın görmüşəm.

 

Dünyəvü üqbadə mən övsafi-hüsnin söylərəm,

Bağçada andan bərü qəddi-şümalın görmüşəm.

 

Bir pərinin yüzünə heyranü zarəm can ilə,

Şol ləbü zülfü rüxü həm xəttü xalım görmüşəm.

 

Bu Xətayinin gözü səyyarə tək bixabdir,

Gül yüzün üstündə ta qaşi-hilalın görmüşəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info