Qonaq Kitabı
Dilbəra, hüsni-rüxün gülzari-cənnət bilmişəm

 

Dilbəra, hüsni-rüxün gülzari-cənnət bilmişəm,

Hər nə kim zəhmət görürsəm, eyni-rahət bilmişəm.

 

Necə kim, cövrü cəfa qılsan bu ğəmgin könlümə,

Ol ğəmindən ağrıman, canımda minnət bilmişəm.

 

Təndə can olduqca getmən asitanından sənin,

Ayağın toprağını baş üstə dövlət bilmişəm.

 

Hər nə kim, səndən gəlürsə, xəstə könlüm nuş edər,

Qəhrini rahət sanıb cövrünü rəhmət bilmişəm.

 

Mən Xətayi bəndəyəm bir padşah qatına ekim,

Eşigində qulluğun sultanca izzət bilmişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info