Qonaq Kitabı
Dilbəra, yüzünü görsəm mahi-tabanım derəm

 

Dilbəra, yüzünü görsəm mahi-tabanım derəm,

Boyunu görgəc budur sərvi-xuramanım derəm.

 

Kirpigin, qaşın görüb tirü kamanım söylərəm,

Zülf ilən vəchin görüb şəmi-şəbistanım derəm.

 

Zəhməti-dərdin könüldə eyni-dərmandır mana,

Can demən mehrinə təndə, bəlkə cananım derəm.

 

Bülbüli-baği-vüsaləm, ey güləndamım mənim,

Arizü rüxsarını görsəm, gülüstanım derəm.

 

Eşqiniz könlündə çün dutmuş Xətayinin məqam,

Mən anı viran içində gənci-pünhanım derəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info