Qonaq Kitabı
Bu əzilmiş canü dildən, ah, ah əksük degil

 

Bu əzilmiş canü dildən, ah, ah əksük degil,

Gecə-gündüz müttəsil, dər gah-gah əksük degil.

 

Başə çizginsəm, vəleykin ğəm degildir, dilbərin,

Ol səadət əhlidir, andan gülah əksük degil.

 

Çəngi aldım mən bekəf, bir dəm fərağət bulmadım,

Həzrətindən xaliqə heç rusiyah əksük degil.

 

Başın üstən getməzəm onca ki, canım təndədir,

Çətrü xərgahi-humayun barigah əksük degil.

 

Çün Xətayi könlünü verməz vəfasız dilbərə,

Qul olana sidq ilə kim padşah əksük degil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info