Qonaq Kitabı
Kim ki, sərməst oluban aşiqi-didar degil

 

Kim ki, sərməst oluban aşiqi-didar degil,

Sən ona yar demə, yar degil, yar degil.

 

Ruzi-məhşərdə dutub damənini sanki derəm:

“Bu dəxi, ey gözəlim, dünyeyi-qəddar degil”.

 

Zahid ol yüzini divarə dutub əl götürür,

Aşiqin məqsudi didar ola, divar degil.

 

Şahimin könlü bilür ol ki ğənidir həmişə,

Münkir oldur ki, bu sözlərimə iqrar degil.

 

Ləşkərim, ğazilərim, sufilərim, pirlərim,

Can ilə başı bu yolda mana inkar degil.

 

Qır Yezid ilə xəvarici, tükət, qalmaya heç,

Nişə kim, Cəfəri məzhəbə tələbkar degil.

 

Ey Xətayi, bu cahan mülkini sən qalmaya gör,

Çünki heç kimsəyə qalmadı, sana yar degil.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info