Qonaq Kitabı
Riştədir cismim mənim, kirpüklərin suzən misal

 

Riştədir cismim mənim, kirpüklərin suzən misal,

Yağlığın yanına dutar natəvan könlüm misal.

 

Gül-gül oldu arizin şövqün görübən şəmi-dil,

Düşsə zülfin əksi şol gül yağlığ üstə dal-dal.

 

Dəmbədəm yağlığ arasında, həbibim, qaşların

Sanasın kim, görünür el gözünə gögdən hilal.

 

Natəvan könlüm düşər yağlığ misal əldən-ələ,

Ta məgər ləli-ləbindən tapıla bər can vüsal.

 

Rəhm qılgil-yaylığın götür yüzündən, ey sənəm,

Qüssədən bolmuş Xətayi xəstədil aşüftəhal.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info