Qonaq Kitabı
Axan ol sərvin yanında su degil, yaşımdır ol

 

Axan ol sərvin yanında su degil, yaşımdır ol,

Ayağın altındakı başmaq degil, başımdır ol.

 

Ta xəyalınla sənin dəfi-məlal eylər könül,

Getməsün dildən ki, xoş həmrazü sirdaşımdır ol.

 

Mən dedim kim, çeşmü ğəmzən sehri dutdu aləmi,

Onların sərfitnəsi kimdir? Dedi: – Qaşımdır ol.

 

Gözümün yaşın ki, saldım içdigim sudur mana,

Bağrımın qanın ki, gördüm, ağulu aşımdır ol.

 

Can fəda qıldı Xətayi, demədi ol bivəfa,

Heyf, köçdü aşiqi-sərbazi-qəllaşımdır ol.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info