Qonaq Kitabı
Ey mələk, hüsnin sənin nuri-xudadır, bilmiş ol

 

Ey mələk, hüsnin sənin nuri-xudadır, bilmiş ol.

Sidrədir boyun, nə sidrə, müntəhadır, bilmiş ol.

 

Mən sənin dərdü ğəmindən incimən, ey bivəfa,

Hər nə cövr etsən mana, eyni-vəfadır, bilmiş ol.

 

Yoxdurur əşya içində kimsənə həqdən cüda,

Cilvə qılan aləmə nuri-xudadır, bilmiş ol.

 

Gərçi çox gəldi risalət dövri-adəmdən bərü,

Xətmi cümlə ənbiyanın Mustafadır, bilmiş ol.

 

Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma kim,

Ruzü şəb virdim sana zikrü duadır, bilmiş ol.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info