Qonaq Kitabı
Sünbülini arizin dövrində əfşan eylədin

 

Sünbülini arizin dövrində əfşan eylədin,

Xatiri-məcmuimi ğəmdən pərişan eylədin.

 

Xoş məqami-əzəm olmuşdur bu könlüm guşəsi,

Bilməzəm, yarəb, nədən cövr ilə viran eylədin?

 

İstər idim sayeyi-vəslindən, ey candinlənim,

Üştə zülm etdin mana, vəslini hicran eylədin.

 

Çeşmi-məstindən hezaran fitnə saldın könlümə,

Türki-yəğmaçi kimi, billah yüküş qan eylədin.

 

Bu Xətayinin çıxardınmı könüldən, ey həbib,

De məgər özgələr ilən əhdü peyman eylədin?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info