Qonaq Kitabı
Ey sənəm, yüzində müşkin zülfini dağıtmagil

 

Ey sənəm, yüzində müşkin zülfini dağıtmagil,

Bağrımın yüz dağı üstə bir dəxi dağ etməgil.

 

Ta yüzini görmüşəm, divanə oldum dərd ilə.

Zülfinizdən özgə dəxi boynuma bağ etməgil.

 

Şol qara yüzlü rəqibi qoyma kuyin gerdinə,

Xəstə bülbül tək məqamin mənzili-zağ etməgil.

 

Ey pəri, aşiqlərin divanə qılma könlünü,

Aşiqin Məcnun misali məskənin dağ etməgil.

 

Ey Məsihi, bəndəni kuyində yad et bir nəfəs,

Bu Xətayinin yerin hicrində toprağ etməgil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info