Qonaq Kitabı
Xətü xalında zülfündür dəlili əhli-ürfanın

 

Xətü xalında zülfündür dəlili əhli-ürfanın

Ki, andan aşikar oldu bəyani elmi-Quranın.

 

Götürdün pərdə yüzündən, behəmdullah ki, ey dilbər,

Səni gördü, xəcalətdən qaraldı yüzü şeytanın.

 

Rüxün, yarəb, nə güldür kim, fəğanə düşdü bülbüllər

Ki, şövqündən anın hər dəm hüzuri var gülüstanın.

 

Əya sultani-adil kim, işim sənsiz keçər müşkil,

Budur səndən muradım kim, gədadən kəsmə ehsanın.

 

Cənabi-asitanında, diriğa, qiymətim yoxdur,

Vüsalin özgələr gördi, məni yandırdı hicranın.

 

Qaş ilə kiprigin, eynin nə sehri-Samiridir kim,

Olarin məkrü alindən cahanı dutdu dastanın?

 

Xətayi, çeşmi-məstindən həbibin ehtiraz eylə,

Əgər qanın dökər hər dəm ki, oldur canü cananın.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info