Qonaq Kitabı
Sataşdı ta mana məstanə çeşmin

 

Sataşdı ta mana məstanə çeşmin,

Yazıbdır adımı dastanə çeşmin.

 

Məgər kafirdir, ol mehrab içində

Oturmuş, gəlməz iç[1] imanə çeşmin.

 

Geyibdir qaranı zahid kimi ol,

Mey içməkdir işi rindanə çeşmin.

 

İçibdir qanimi, derəm, inanmaz,

Deyim mən kim, sana inanə çeşmin.



[1]  İç – “heç” sözünün vəznə görə qısa deyilmiş şəklidir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info