Qonaq Kitabı
Məni əfgar edən ol xəttü xalın

 

Məni əfgar edən ol xəttü xalın

Bikrdir çeşmeyi-ləli-zülalın.

 

Zi Xızr anı görübdürsə Məsiha,

Əcayib xəlqi vardır zülcəlalın.

 

Nə cansan sən, mənim canumdan artux,

Könüldən getmədi bir dəm xəyalın.

 

Müqəddərdir mana ruzi-əzəldən

Deyim aləmdə daim vəsfi-halın.

 

Xətayinin duasıdır dəmadəm

Ki, yarəb, olmasun hərgiz zəvalın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info