Qonaq Kitabı
Bəşarət könlümə, şah, sənmi gəldin?

 

Bəşarət könlümə, şah, sənmi gəldin?

Bu quru cismimə cansənmi, gəldin?

 

Məni dərdlü qoyub getdün bu yerdən,

Yenə dərdliyə dərmansənmi gəldin?

 

Əlin qanlu, gözün kinli, nə haldır?

O şərdə[1] qan edüb andənmi gəldin?

 

Yusif şəhrinə gəldin Misrdənmi?

Həsən, Hüseyn, şəhi-Kənanmi gəldin?

 

Bu qul biçarəyə şah sən yetərsən,

A dövlət elçisi, şahdənmi gəldin?



[1]  Şərdə - şəhrdə, şəhərdə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info