Qonaq Kitabı
Yar aydır: ”“ Gün nədir? Aydım: ”“ Cəmalındır sənin

 

Yar aydır: – Gün nədir? Aydım: – Cəmalındır sənin.

Ay dəxi şol tələti-fərxəndə falındır sənin.

 

Ruzi-meraci-nəbi vəslin günidir, ey mələk,

Qabi-qövseyn ol du əbruyi-hilalındır sənin.

 

Dilbərin vəsli-kəmalın çox görübsən, ey rəqib,

Ey kəmalə yetməmiş, imdi zəvalındır sənin.

 

Ağzımı təlx eylədi hicrin, təkəllüm qıl mana,

Tutiyi-şəkkər şikən şirin məqalındır sənin.

 

Ey Süleymani-zəmanə, aşiqin sor halını

Kim, qapunda mur nisbət payimalındır sənin.

 

Ay yüzinin səfhəsidir ayəti-“fəthün qərib”,

Hərfü nöqtə ol yüz üstə xəttü xalındır sənin.

 

Danla derlər dideyi-mömin liqayi-həq görür,

Bu Xətayi xəstəyə ruzi-vüsalındır sənin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info