Qonaq Kitabı
Qarşudan dün gəldin, ey sərvi-rəvanım, sənmidin?

 

Qarşudan dün gəldin, ey sərvi-rəvanım, sənmidin?

Zində qıldun uş bu cansız cismü canım, sənmidin?

 

Dün xəyal ilən pəri tək əzm qıldın suyi-mən,

Bəs rəvan keçdin, əya ruhi-rəvanım, sənmidin?

 

Sirrimi pünhan edərdim xəlqə, çün gördüm səni,

Xəlqə faş oldu qamu sirri-nihanım, sənmidin?

 

Munca eşqin bari çəkdi bu Xətayi cövr ilən,

Sormadın bir qatla halın, pəhləvanım, sənmidin?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info