Qonaq Kitabı
Gəl ey dildər, tənimdə can olubsan

 

Gəl ey dildər, tənimdə can olubsan,

Nə canım, bəlkə həm canan olubsan.

 

Hədisi-Mustafadır “əkrəmüz-zeyf”,

Könül mülkində xoş mehman olubsan.

 

Əzəldən kövkəbi-rəxşan idin sən,

Bu dövranda məhi-taban olubsan.

 

Könül, ta gül yanağın gördün anın,

Oxu kim, bülbüli-xoşxan olubsan.

 

Xətayi könlün aldın xəndə birlən,

Əya gül bərgi, sən xəndan olubsan.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info