Qonaq Kitabı
Ol günəş bir zərrədir nuri-cəmalından anın

 

Ol günəş bir zərrədir nuri-cəmalından anın,

Utanıbdır sərvü ərər qəddü balından anın.

 

Ol zamandan bərlü kim, yüzün görübdür gögdə mah,

Gizlənibdir yengi ay qaşi-hilalından anın.

 

Gül yanağından qızardı, daim oldu şərmsar,

Ru siyəhdir müşkü ənbar xəttü xalından anın.

 

Yerdə bir ay nurudur, aləm ana heyran olub,

Ayü gün bir ləmədir hüsni-kəmalından anın.

 

Bu Xətayi xəstədil kim, dərdinin dərmanı yox,

Bir mədəd ola məgər kim, zülcəlalından anın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info