Qonaq Kitabı
Ta ki, sən ey ğönçə ləb, ləlini xəndan eylədin

 

Ta ki, sən ey ğönçə ləb, ləlini xəndan eylədin,

Dərdə saldın, lalə tək bağrım qara qan eylədin.

 

Eşqiniz qıldı müsəxxər bu vücudim şəhrini,

Ta ki, mehrini könül mülkində sultan eylədin.

 

Könlümə cəm oldu yüz min dürlü sevdayi-siyah,

Gül yüzün üstündə ta zülfin pərişan eylədin.

 

Ta ki, gülşən gəştinə çıxdın, əya gülrüx sənəm,

Bağça içində boyun sərvi-xuraman eylədin.

 

Qəhrü cövrün lütf qıldı bu Xətayi xəstəyə,

Mərhəba, xoş gəldin, ey can, lütfü ehsan eylədin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info