Qonaq Kitabı
Cana, ğəmində qismi cəfadır Xətayinin

 

Cana, ğəmində qismi cəfadır Xətayinin,

Leykin dilində mehrü vəfadır Xətayinin.

 

Ləlin əgər verürsə dəva dərdməndinə,

Bir busəsinə canı fədadır Xətayinin.

 

Hər dəm ki, xaki- payini der tutiyayi-çeşm,

Giryan gözünə eyni-şəfadır Xətayinin.

 

Ta görmüşəm yüzün günəşin, ey qəmərliqa,

Hər dəm dilində şəmsüz-zühadır Xətayinin.

 

Könül alıb bəhasını versən vüsal ana,

Mürvət sənin bu işdə, rizadır Xətayinin.

 

Ta ağ yüzündə çini-saçındır məqami-dil,

İqlimi-Rumü Çinü Xətadır Xətayinin.

 

Gəldi Xətayi qapuna, vergil murad ana,

Hüsnin həqqinə zikri duadır Xətayinin.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info