Qonaq Kitabı
Könlüm fəraq içində cəmalın dilər sənin

 

Könlüm fəraq içində cəmalın dilər sənin,

Baxmaz çinarə, qəddi-şümalın dilər sənin.

 

Növ ayi gögdə, istər isə xəlq eyd içün,

Çeşmim həmişə qaşi-hilalın dilər sənin.

 

Yarəb, zəvalın olmasun, ey afitabi-hüsn,

Aşiq cahanda hüsni-cəmalın dilər sənin.

 

Dünyadə gərçi olmadı vəslin mana nəsib,

Könlüm gözündə xeyli-xəyalın dilər sənin.

 

Ta kim, Xətayi gördü yüzün, ey məhi-Xötən,

Səhrayi-dildə çeşmi-ğəzalın dilər sənin.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info