Qonaq Kitabı
Hər kimin kim, dərdi var, dərmanə göndərmək gərək

 

Hər kimin kim, dərdi var, dərmanə göndərmək gərək,

Hər kimin ki, dərdi yox, viranə göndərmək gərək.

 

Hər kimin canında xublar həsrəti vardır müdam,

Dünyədə ar etməsün, didarə göndərmək gərək.[1]

 

Dinməyən, dindirməyən girmək gərək öz küncinə,

Hər kimin sevdası var, seyranə göndərmək gərək.

 

Hər kim iqrar əhlidir, yoxdur niza, qoy dinləsin,

Hər kimin dəvisi var, divanə göndərmək gərək.

 

Bu Xətayidir bu gün meydanda zərbi-dəstilən

Hər kimin sevdası var, meydanə göndərmək gərək.



[1] Xətayi “Divan”ının Vatikan nüsxəsindən götürülmüş bu qəzəldə həmin misra qüsurludur, qafiyə pozulur. Didarə sözünün yerinə cananə, məstanə və buna bənzər bir söz yazılsa, qafiyə düzələr.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info